8 klub, 10 məşqçi

Topaz Premyer Liqasının 34-cü turu 2014/15 mövsümünün çempionunun adına aydınlıq gətirib. "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 2-ci dəfə qızıl medalları qazanıb."Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. Bu çempionluq "Qarabağ"ın 3-cü zəfərdir. İndiyədək 8 komanda Azərbaycan çempionu olub: "Neftçi" - 8, "Kəpəz", "Qarabağ" - hər ikisi 3, "Şəmkir", "Bakı", "İnter" - hamısı 2, "Turan", "Xəzər Lənkəran" - hər ikisi 1 dəfə. Qurbanov isə baş məşqçi kimi 2-ci dəfə ölkə çempionu olub. Ümumilikdə 10 baş məşqçi komandası ilə çempion olub: Ağasəlim Mircavadov - 5, Kazbek Tuayev - 4, Mehman Allahverdiyev, Böyükağa Hacıyev - hər ikisi 3, Qurban Qurbanov - 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Arif Əsədov - hamısı 1.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31