“Barselona” maliyyə böhranında- Messi satışa çıxarıla bilər
16 May 2015 17:27 İdmanÇempionlar Liqasının finalında oynayacaq "Barselona" klubunun Maliyyə Şöbəsinin vitse-prezidenti Xavier Faus maraqlı açıqlamalar verib."Qafqazinfo" xəbər verir ki, o komandada maliyyə problemləri olduğunu bildirib: "Nəticələrimiz yaxşıdır. Amam maliyyə problemlərimiz var. Bəzi futbolçuların maaşlarını ödəyə bilmirik. Lionel Messi, Neymar və Luis Suaresi satışa çıxarsaq, hər şey yaxşı olacaq".Qeyd edək ki, Lionel Messi 17 milyon avro, Luis Sures 13 milyon avro, Neymar 9.6 milyon avro məvacib alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31