Şotlandiyalı futbolçuya Azərbaycandan təklif var

Şotlandiyanın "Dandi" klubundan ayrılan İain Devidson karyerasını ölkəmizdə davam etdirə bilər. Qol.Az-ın Şotlandiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu Azərbaycandan təklif alıb. Həm mərkəz müdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynamağı bacaran Devidsonla hansı klubumuzun maraqlandığı açıqlanmayıb.

Qeyd edək ki, Devidson cari mövsüm "Dandi"nin heyətində cəmi 14 oyunda iştirak edib. Şotlandiyalı futbolçu daha öncə "Breçin Siti", "Skarboro" və "Reit Rovers"in şərəfini qoruyub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31