Rafael Benites: ""Dnepr"in vurduğu qollar sayılmamalı idi"
15 May 2015 11:40 İdman"Həm birinci, həm də bu oyunda xeyli sayda qol vəziyyəti yaratdıq. Ancaq bunların qarşılığında cəmi bir qol vura bildik. Halbuki hesab başqa cür olmalı idi".Apasport.az saytı xəbər verir ki, bu sözləri "Napoli" klubunun baş məşqçisi Rafael Benites deyib.Avropa Liqasının yarımfinal mərhələsində dünən "Dnepr"lə cavab oyununa çıxan "Napoli" 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.Bununla bağlı fikirlərini bölüşən neapolluların çalışdırıcısı Benites maraqlı fikirlər səsləndirib. O həm ilk görüşdə, həm də cavab matçında ukraynalıların qolunun qaydalar çərçivəsində vurulmadığını bildirib: "Qonsalo İquainin tənqid olunması normaldır. Çünki hücumçudur və hamı ondan qol gözləyir. Ancaq biz komanda olaraq, qələbə qazanırıq və məğlub oluruq. "Dnepr"in vurduğu qolda qayda pozuntusu var idi. Seleznyov Britosun formasından dartmışdı. Elə ilk görüşdə vurduqları qol da sayılmamalı idi. Nə etmək olar? Nəticəni dəyişə bilmərik. "Dnepr" finala adladı, biz isə yox".