Futbol şərhçiləri studiyada yallı getdi, amma... VIDEO

Vurulan qol isə ofsayt vəziyyəti olduğundan sayılmayıb

Türkiyə "Spor Toto" super liqasının 31-ci həftəsində "Beşiktaş" - "Akhisar Belediyespor" qarşılaşması baş tutub.ANS PRESS-in məlumatına görə, 1-1 hesabla bərabərə qalan qarşılaşmanın 90+4-cü dəqiqəsində qəribə bir hadisə baş verib."Beşiktaş" klubunun rəsmi "BJK" kanalında futbolu şərh edən aparıcılar son anda vurulan qolun sevinci ilə qışqıraraq ayağa qalxıb, bir-birlərini qucaqlayaraq studiyada yallı gediblər.Sonradan aparıcıların quıaqlıqlarına gələn xəbərdarlıqla ofsayt vəziyyəti olduğundan qolun sayılmadığı bildirilib və studiyada dərin səssizlik yaranıb.Qeyd edək ki, qarşılaşma 1-1 hesabla bərabərə başa çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31