Ramos: "Yuventus" finala layiq idi"
14 May 2015 19:40 İdman"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının yarımfinalında "Yuventus"la cavab matçından (1:1) sonra fikirlərini bildirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Turin təmsilçisiinin finala yüksəlməyə layiq olduğunu söyləyib: "İlk qoldan sonra qalib gələcəyimizi düşünürdük. Ancaq yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Buna görə də finala çıxmağı bacarmadıq .Bu oyun bizim üçün dərs olmalıdır". S. Ramos rəqibi qələbə münasibəti ilə təbrik edib: "Yuventus" güclü klubdur".
Qeyd edək ki, "Yuventus" iki oyunun nəticəsinə (2:1, 1:1) əsasən finala yüksəlib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31