Türkiyə "Bakı-2015"ə 191 idmançı ilə gəlir

Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) ilk Avropa Oyunlarında iştirak edəcək idmançıları müəyyənləşdirib. Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu ölkəni "Bakı-2015" birinci Avropa Oyunlarında 191 idmançı təmsil edəcək. Onlardan 110-u kişi, 81-i isə qadındır. TMOK-dan bildiriblər ki, qardaş ölkənin "Bakı-2015"də iştirak edəcək idmançıları yarışlara ciddi hazırlaşırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31