"Yuventus" İbrahimoviçdən imtina etdi
13 May 2015 20:00 İdmanPSJ hücumçusu Zlatan İbrahimoviçi İtaliyanın "Yuventus" klubuna təklif edib. Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri İsveçin "Aftonbaldet" qəzeti yazıb. İtaliya klubu İbrahimoviçin yaşının çox olmasını və yüksək transfer qiymətini əsas gətirərək təcrübəli futbolçudan imtina edib. 33 yaşlı futbolçunun meneceri Mino Rayola da "Yuventus"un İbrahimoviçlə maraqlanmadığını təsdiqləyib. M.Rayola eyni zamanda isveçli forvardın "Milan"a qayıtmayacağını da vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildə "Milan"dan PSJ-yə transfer olunan İbrahimoviç bu komandanın keçirdiyi 91 oyunda 75 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31