Məşhur şərhçi azarkeşləri “Qarabağ”ı dəstəkləməyə çağırdı

Sənan Şəfizadə: “Bu sıradan deyil, "Qarabağ"a çempionluq qazandıran görüş ola bilər”

Məşhur televiziya aparıcısı, futbol şərhçisi Sənan Şəfizadə "Qarabağ" azarkeşlərini bu kluba dəstək verməyə çağırıb: "Əziz azarkeşlər, şənbə günü (ayın 16-da) "Qarabağ" çempionatda son ev oyununa çıxacaq. Avrokuboklarda komandanı tək qoymayan 30 min azarkeşin 30%-i "Bakcell Arena" üçün kifayət edəcək. Unutmayın ki, bu sıradan deyil, "Qarabağ"a çempionluq qazandıran görüş ola bilər. Belə oyunlar isə heç vaxt təkrarlanmır. Sizinlə "Qarabağ" daha da güclüdür". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31