"Bavariya" qalib gəldi, amma...
13 May 2015 12:08 İdmanBu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" və "Barselona" komandaları qarşılaşıblar. Trend-in məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Benatia fərqlənib. Lakin 15 və 29-cu dəqiqələrdə Neymarın dublu sayəsində kataloniyalılar önə keçiblər. 59-cu dəqiqədə Levandovski, 74-cü dəqiqədə isə Müller almanlara ümid verib- 3:2. Lakin ilk görüşdə 0:3 hesabı ilə məğlub olan "Bavariya"ya finala çıxmaq üçün bu hesab yetərli olmayıb. Beləliklə, "Barselona" finala yüksələn ilk komanda olub. Sabah "Real" birinci oyunda 1:2 hesabı ilə məğlub olduğu "Yuventus"u qəbul edəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31