Ronaldo və Kasilasdan şok qərar
“Real Madrid”in ulduz futbolçuları klubdan ayrılmaq qərarı veriblər
13 May 2015 10:22 İdman"Real Madrid"in sabiq qapıçısı Aqustin Rodriqez "Kral Klubu" ilə bağlı maraqlı açıqlamalar verib.İspaniyanın nüfuzlu nəşrlərindən olan "Marca"ya danışan Rodriqez klubdakı son vəziyyəti analiz edib: "Son 1 ildir tənqidlərin mərkəzində olan Kasillas komandadan ayrılacaq", - deyə o bildirib.Sabiq qapıçının digər bir şok iddiası Ronaldo ilə bağlıdır. Rodriqezin fikrincə, portuqaliyalı ulduz da mövsümün sonunda klubla yollarını ayıracaq: "Azarkeşlər bu iki ismin gedişinə razılıq verəcək. Bu barədə çərşənbə gününə qədər bir xəbər eşidəcəksiniz", - deyə A.Rodriqez əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31