"Qəbələ" - "İnter" matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının 34-cü turunun oyun cədvəli müəyyənləşib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun oyunları iki gün ərzində keçiriləcək. Turun mərkəzi qarşılaşması "Qəbələ" - "İnter" oyunu saat 20:00-da başlayacaq. Lider "Qarabağ"ın "Sumqayıt"la oyununun da start fiti eyni saatda veriləcək.

15 may

"Simurq" - "Bakı"
Zaqatala şəhər stadionu, 17:00

16 may

"Xəzər Lənkəran" - AZAL
"Xəzər Lənkəran" mərkəzi stadionu, 18:00

"Qəbələ" - "İnter"
Qəbələ şəhər stadionu, 20:00

"Qarabağ" - "Sumqayıt"
8-ci km qəsəbə stadionu, 20:00

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31