Hazard yenə ən yaxşı futbolçu seçildi
12 May 2015 19:35 İdmanİngiltərə Futbol Jurnalistləri Assosiasiyası ölkədə bu mövsümün ən yaxşı futbolçusunu seçib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard 2014/05 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb. Belçikalı oyunçu səslərin 53 faizini toplayıb. "Tottenhem"in hücumçusu Harri Keyn ikinci, "Çelsi"nin müdafiəçisi Con Terri isə üçüncü olub. Xatırladaq ki, E.Hazard bundan əvvəl İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən bu mövsümün ən yaxşısı seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31