“Şahin” hərbi-idman oyunları başa çatdı
12 May 2015 17:48 İdman"Şahin" hərbi-idman oyununun respublika final yarışı keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, final yarışına 9 zona üzrə keçirilən birinciliklərdən 19 komanda vəsiqə qazanıb. Komandalar 8 mərhələ üzrə öz güclərini sınayıb. Hakimlər heyətinin qərarına əsasən I yerə Xətai rayon komandası, II yerə Nizami rayon komandası, III yerə isə İsmayıllı rayon komandası layiq görülüb. Qaliblər və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar Gənclər və İdman Nazirliyi və digər qurumlar tərəfindən "Fəxri Fərman"la, hədiyyələrlə mükafatlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31