AFFA 5 klubu cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, iclasda bir sıra qərarlar qəbul edilib. Belə ki, Topaz Premyer Liqasının XXXIII turunun "Sumqayıt" - "Qəbələ" matçının 83-cü dəqiqəsində "Qəbələ" klubunun 16 №-li futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. "İnter" - "Neftçi" matçının 65-ci dəqiqəsində "İnter" klubunun 25 №-li futbolçusu Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. Oyunun 90-cı dəqiqəsində "Neftçi" klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Həmçinin "Xəzər Lənkəran" - "Qarabağ" matçında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə,  klub 1000 manat cərimə edilib. "Bakı" - AZAL matçının 73-cü dəqiqəsində "Bakı" klubunun 6 №-li futbolçusu Vüqar Bəybalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində "Bakı" klubunun 45 №-li futbolçusu Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə edilib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31