Çempionlar Liqası: ilk finalçı kim olacaq?

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.Lent.az-ın "qol.az"-a istinadən məlumatına görə, baş tutacaq bir oyundan sonra ilk finalçı müəyyənləşəcək.Almaniyada "Bavariya" "Barselona"nı qəbul edəcək. Səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Bavariya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Kataloniya təmsilçisinin bu üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür.Qeyd edək ki, digər yarımfinal cütündə "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda "Yuventus" qələbə qazanıb - 2:1.

12 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)

(İlk oyun - 0:3)

13 may

23:45. "Real" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)

(İlk oyun - 1:2)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31