Lənkəranda penalti qərarı ləğv olundu
8 May 2015 20:01 İdmanAzərbaycan Premyer Liqasının 33-cü turunun hazırda davam edən "Xəzər Lənkəran" - "Qarabağ" oyunu hakim qərarının dəyişməsi ilə yadda qalıb. Qol.Az-ın məlumatına görə, matçın 21-ci dəqiqəsində baş hakim Orxan Məmmədov "Qarabağ"ın qapısına penalti zərbəsi təyin edib. "Xəzər Lənkəran"ın hücumu zamanı "Qarabağ"lı futbolçunun əllə oynadığını iddia edən referi 11 metrlik nöqtəni göstərib. Lakin yan xətt hakiminin müdaxiləsindən sonra Orxan Məmmədov qərarını dəyişib. Oyun qapıçı zərbəsi ilə davam etdirilib.
Qeyd edək ki, bu ana qədər "Xəzər Lənkəran" - "Qarabağ" matçında hesab açılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31