Yunis Hüseynov yenidən “Xəzər Lənkəran”ın baş məşqçisi oldu

Yunis Hüseynov yenidən "Xəzər Lənkəran" klubunun baş məşqçisi təyin olunub. Qol.Az-ın xəbərinə görə, bu gün Premyer Liqada "Qarabağ"la oyuna Cənub təmsilçisini baş məşqçi qismində Y.Hüseynov çıxaracaq.

Qeyd edək ki, artıq Peşəkar Futbol Liqasının saytında yerləşdirilən "Xəzər Lənkəran" - "Qarabağ" oyunun rəsmi protokolunda Y.Hüseynov baş məşqçi kimi göstərilib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Qol.Az-a bildirib ki, Elbrus Məmmədovun məşqçilik lisenziyasının vaxtı bitdiyi üçün Y.Hüseynov 4 oyunluq - bu mövsümün sonuna kimi baş məşqçi təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31