"Komanda yoldaşlarım məni Messi ilə tək qoymamalı idi"

"Bavariya"nın müdafiəçisi Jerom Boatenq Çempionlar Liqasının yarımfinalında "Barselona"ya məğlub olduqları oyun haqda danışıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandasının buraxdığı qolda rəqibi Lionel Messiyə ikili mübarizədə uduzan Boatenq həmin epizodla bağlı bunları deyib: "Dünyanın ən yaxşı futbolçusu olan Messi ilə ikili mübarizədə hər kəs ona uduzur. Komanda yoldaşlarım məni Messi ilə tək qoymamalı idi. Belə etmək olmazdı".

Qeyd edək ki, "Barselona"nın 3:0 hesabı ilə qalib gəldiyi oyunda Messi məhz Boatenqi keçərək özünün və komandasının ikinci qolunu vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31