Qadın güləşçilərimizin reytinqdəki mövqeləri dəyişməyib
8 May 2015 18:08 İdmanDünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, qadın güləşçilərin reytinq sıralamasında 6 güləşçimizin adı var. İlk onluqda yer alan güləşçilərimizin mövqeyində dəyişiklik baş verməyib. Mariya Stadnik (48 kq) 2-ci, Yuliya Ratkeviç (60 kq) 5-ci, Alyona Kolesnik (55 kq) isə 6-cı pillədə qərarlaşıb. Əvvəlki siyahıda yer almayan Nadya Muşka Dan Kolov turnirində qazandığı nəticəylə reytinqdə 15-ci pilləyə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31