Məşhur futbolçu Mursini dəstəklədiyinə görə pullarından oldu
8 May 2015 19:30 İdmanMisir hakimiyyəti Afrika futbolunun keçmiş ulduzu Məhəmməd Abutrikanın aktivlərini müsadirə edib. Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, futbolçu ölkədə qadağan edilmiş "Müsəlman qardaşlar" təşkilatını maliyyələşdirməkdə təqsirləndiriilir. Futbolçu pullarını qurban verməyə hazır olduğunu qeyd edib: "Misiri tərk etmək istəmirəm və ölkənin təhlükəsizliyi naminə işi davam etdirəcəyəm". Xatırladaq ki, M.Abutrika 2012-ci ildə prezident seçkilərində qalib gəlmiş Məhəmməd Mursinin namizədliyini dəstəkləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31