Əfsanəvi Pele ciddi əməliyyat keçirib
8 May 2015 12:50 İdmanƏfsanəvi braziliyalı futbolçu Pele prostat vəzindən əməliyyat olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, üçqat dünya çempionu son 6 ayda üçüncü dəfədir San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya düşür. Ötən ilin noyabr ayında onun böyrəyindəki daşlar əməliyyat zamanı götürülüb. O, xəstəxanadan buraxılandan bir neçə gün sonra infeksiya səbəbindən yenidən tibb müəssisəsinə yenidən qayıdıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31