Avropa Liqası: İtalyanlar iflasa uğradı
8 May 2015 12:13 İdmanBu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Trend-in məlumatına görə, "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu "Napoli"nin qonağı olub. Hesabı ikinci hissənin əvvəlində italyanlar açıb - Lopez fərqlənib. 81-ci dəqiqədə isə Seleznyov oyunda son nöqtəni qoyub - 1:1. "Sevilya" isə "Fiorentina"nı qəbul edib. 17-ci dəqiqədə Aleks Vidal meydan sahiblərini önə keçirib. 52-ci dəqiqədə Vidal dubla imza atıb. 75-ci dəqiqədə Qameyro fərqi daha da artırıb - 3:0.
Qeyd edək ki, cavab oyunları mayın 14-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31