Avropa Oyunları Azərbaycanın təşkilatçılıq imkanlarını göstərəcək
8 May 2015 01:01 İdmanBakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın təşkilatçılıq imkanlarını göstərəcək. Bunu Trend-ə Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyov deyib.Onun sözlərinə görə, bu, ilk növbədə, nüfuzlu layihədir: "Biz ölkənin mədəniyyətini, onun təşkilatçılıq imkanlarını göstəririk. Biz bir növ idarəçilik potensialımızı nümayiş etdiririk".F.Əmirbəyov qeyd edib ki, belə layihələrin həyata keçirilməsi idarəetmənin keyfiyyətini yaxşılaşdırır: "Bu, həmçinin idman bayramıdır, nüfuz və investisiya deməkdir. Belə tədbirin keçirilməsi şübhəsiz ki, müsbət amildir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31