Ən yüksək maaş alan futbolçu

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo ardıcıl ikinci il ən yüksək maaş alan futbolçu seçilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, portuqaliyalı "Forbes" jurnalının versiyasına əsasən digər futbolçuları qabaqlayıb. Nəşrin məlumatına əsasən, 30 yaşlı idmançı ötən il 79 milyon dollar qazanıb ki, bu da 2013-cü ildəkindən 6 milyon çoxdur. Siyahıda ikinci yeri 70,5 milyon dollarla "Barselona"nın forvardı Lionel Messi tutub. İlk üçlüyü isə 41,8 milyon dollarla PSJ-nin hücumçusu Zlatan İbrahimoviç tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31