Qadın güləşçilərimiz Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirir

Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirir. AGF-dən "OLAYLAR"-a bildirilib ki, mayın 6-dan etibarən güləşçilərimiz Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb. Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev, gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 14 güləşçi cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31