Federasiya rəsmiləri Çində görüşlər keçirib

Çinin Suçjou şəhərində keçirilən 53-cü Dünya çempionatı çərçivəsində tədbirlərdə Azərbaycan Stolüstü Tennis Federasiyasını vitse- prezidenti  Fazil Məmmədov və baş katibi Səbuhi Mehdizadə təmsil ediblər. "OLAYLAR"-ın xəbərinə görə, federasiya rəsmilərinin  Avropa və Beynəlxalq stolüstü tennis təşkilatlarının prezidentləri ilə də görüşləri  olub. Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti Tomas Vaykert, təşkilatın sədri Adam Şarara və Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer ilə ayrı- ayrılıqda görüşlər keçirib,  Azərbaycanda stolüstü tennisinin  gələcək inkişaf perspektivləri , Azərbaycan stolüstü tennis mütəxəsislərinin  Avropa və dünya stolüstü tennisinə inteqrasiyası və digər məsələləri müzakirə edilib. Bunlardan başqa bir çox ölkələrin o cümlədən Almaniya, Rumıniya,Türkiyə, Kosova, Filippin, Belarus, Fransa, Latviya milli  federasiyalarının rəhbərləri ilə tanışlıq olmuş  və faydalı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31