Dünyanın ən zəngin futbol klublarının siyahısı açıqlanıb

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını açıqlayıb.APA-nın məlumatına görə, siyahıya yenə də "Real" (Madrid) klubu başçılıq edir. Madrid təmsilçisinin dəyəri 3,26 milyard dollar təşkil edib. "Barselona" 3,16 milyard dollarla ikinci, "Mançester Yunayted " klubu 3.1 milyard dollarla  isə üçüncü pillədə qərarlaşıb.

1. "Real" - $3,26 mlrd
2. "Barselona" - $3,16 mlrd
3. "Mançester Yunayted" - $3,1 mlrd
4. "Bavariya" -  $2,35 mlrd
5. "Mançester Siti" -  $1,38 mlrd
6. "Çelsi"- $1,37 mlrd
7. "Arsenal" -  $1,31 мlrd
8. "Liverpul" -  $0,98 mlrd
9. "Yuventus" - $0,84 мlrd
10. "Milan" - $0,76 mlrd.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31