Çempionlar Liqasında daha bir MÖHTƏŞƏM oyun
7 May 2015 08:23 İdmanDünən Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirildi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniyanın Barselona şəhərində eyniadlı komanda Almaniya "Bavariya"sını qəbul etdi.
Qarşılaşma "Barselona"nın sabiq baş məşqçisi Xosep Qvardiola üçün xüsusi önəm kəsb edirdi. Belə ki, ispaniyalı mütəxəssis sabiq klubu ilə duelə çıxdı. O, vaxtilə futbolçu kimi eyni klubda çıxış etdiyi Luis Enrikenin komandasını məğlub etməyə çalışırdı.
Kataloniya təmsilçisi 2 il əvvəl aldığı böyükhesablı məğlubiyyətlərin əvəzini çıxmaq iddiasında idi. 2012/13 mövsümündə yarımfinalda qələbə qazanan (4:0, 3:0) "Bavariya" həmin vaxt olduğu kimi yenə yarışın qalibi olmaq arzusunda idi. Artıq Almaniya çempionu adını təmin edən "Bavariya" bütün gücünü qitənin ən nüfuzlu klub turnirinə səfərbər edibsə, ispaniyalılar həm daxili, həm beynəlxalq arenada mübarizəni davam etdirir.
Qeyd edək ki, yarımfinalın ilk oyununda "Yuventus" (İtaliya) "Real"ı (İspaniya) 2:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
6 may
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 3:0
Qol: Messi, 76, 80, Neymar, 90+3
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Barselona. "Nou kamp" stadionu
Barselona: Ter Stegen, Pike, Maskerano, Xordi Alba, Dani Alves, Rakitiç, Buskets, İniesta, Messi, Suares, Neymar
Ehtiyat oyunçular: Bravo, Bartra, Adriano, Vermalen, Xavi, Rafinya, Pedro
Baş məşqçi: Luis Enrike
Bavariya: Noyer, Benatya, Rafinya, Boatenq, Bernat, Lam, Xabi Alonso, Tyaqo Alkantara, Şvaynştayger, Levandovski, Müller
Ehtiyat oyunçular: Reyna, Dante, Xavi Martines, Qaudino, Götze, Vayzer, Pizarro
Baş məşqçi: Xosep Qvardiola