İlk Avropa Oyunlarının açılışına gedənlər üçün Bakı metrosu pulsuz olacaq

Bakıda ilk Avropa Oyunlarının açılışına gedən insanlar üçün metro pulsuz olacaq. Trend-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.M.Pənahov bildirib ki, Avropa Oyunlarının açılışı zamanı bileti və akkreditasiyası olanlar üçün Bakı metrosu pulsuz olacaq.Qeyd edək ki, Avropa Oyunlarının açılışı iyunun 12-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31