I Avropa Oyunlarının təhlükəsizliyi ilə bağlı DİN-də 15 köməkçi qərargah yaradılıb
7 May 2015 08:20 İdmanAzərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında təhlükəsizlik tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyində 15 köməkçi qərargah yaradılıb. Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.
C.Məmmədov bildirib ki, bu qərargahlar tədbirlər keçirilən məkanlar və qeyri-yaşayış sahələri üzrə yaradılıb.
Onun sözlərinə görə, obyektlər, dayanacaqlar, avtobusların müşahidəsi xüsusi chazlarla yoxlanılacaq.
C.Məmmədov deyib ki, artıq bütün sahələr üzrə DİN-in şəxsi heyətinin hazırlığı bir daha yoxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31