"Qəbələ"dən rəsmi transfer

Yeni mövsümə hazırlıqlara start verən "Qəbələ" klubu ilk transferini həyata keçirib. "Simurq"dan ayrılan  yarımmüdafiəçi Samir Zərgərovla bu gün rəsmi müqavilə imzalanıb. Bu barədə Qol.Az-a 29 yaşlı futbolçu özü məlumat verib. Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, bir vaxtlar "Qəbələ"nin şərəfini qoruyan Samir Zərgərov ötən il "İnter"dən "Simurq"a trasnfer olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31