"Barsa"da bir itki
6 May 2015 19:43 İdman"Barselona" "Bavariya"ya qarşı Çempionlar Liqasının yarımfinalında keçiriləcək ilk matça itki ilə çıxacaq. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbər görə, Kataloniya klubunun müdafiəçisi Jeremi Matyö sözügedən qarşılaşmada iştirak etməyəcək. Zədəli olan fransalı oyunçu "Bavariya"ya qarşı matç üçün heyətə daxil edilməyib.
Qeyd edək ki, "Barselona" - "Bavariya" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31