"Blatterin futboldan anlayışı yoxdur" – Maradona

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona FİFA prezidenti Yozef Blatter haqda sərt fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, Maradona FİFA-da anarxiyanın hökm sürdüyünü, Blatterin isə futbol anlayışının olmadığını bildirib: "Bütün futbol dünyası bilir ki, FİFA-da anarxiya hökm sürür. Orada bütün qərarları bir nəfər verir. Halbuki, Blatterin futboldan anlayışı yoxdur. Artıq onun getmək vaxtıdır. Həmkarları da Blatterin getməyini tələb etməlidirlər. Çünki onun dövründə futbol böyük zərər görüb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31