"Çelsi"dən Mourinyoya yeni müqavilə

"Çelsi" klubu baş məşqçisi Joze Mourinyo ilə müqavilə yeniləməyi planlaşdırır. Qol.Az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, London klubu portuqaliyalı mütəxəssislə müqavilənin müddətini daha 2 illiyinə uzadacaq. Mourinyonun "Çelsi"dəki işindən razı qalan rəhbərlik təcrübəli mütəxəssisi ən azı 2019-cu ilə komandada saxlamaq niyyətindədir. Premyer Liqada sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirən "Çelsi"nin çalışdırıcısı da uzun müddət komandada qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Mourinyonun "Çelsi" ilə mövcud müqaviləsi 2017-ci ildə başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31