"Bavariya" Barselonaya itkilərlə yollandı

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda sabah "Barselona"nın qonağı olacaq "Bavariya" artıq İspaniyaya yola düşüb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Münhen təmsilçisinin 4 aparıcı futbolçusu Barselonaya yollanmayıb. Bunlar Aryen Robben, Frank Riberi, David Alaba və Holqer Badştuberdir. Hər 4 futbolçu zədə səbəbindən "Barselona" ilə ilk görüşdə iştirak etməyəcək. "Bavariya"nın baş məşqçisi Pep Qvardiolanın həmin futbolçuların yoxluğunda "Barselona" ilə görüşdə hansı oyunçulara şans verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31