Azərbaycanda futbol klubunun baş məşqçisi cəzalandırıldı
5 May 2015 15:00 İdmanAFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "Suşa Qarabağ" klubunun baş məşqçisi Nadir Qasımov cəzalanıb. Trend-in məlumatına görə, Azərbaycan birinci divizionunun 26-cı turunda "Qaradağ Lökbatan"la matçda hakimlər briqadasın təhqir etdiyinə görə baş məşqçi beş oyun cəzalanıb, klub 500 manat cərimə olunub. Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görülməsi qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31