Eddi İsrafilovun baş məşqçisi qovuldu

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" klubunun baş məşqçisi Abel Resino istefaya göndərilib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışı səbəb olub. Komandanın son turlardakı nəticələrindən narazı qalan rəhbərlik Resino ilə yollarını ayırmaq qərarına gəlib. "Qranada"nın yeni baş məşqçisinin kimliyinə yaxın vaxtlarda aydınlıq gələcək.

Qeyd edək ki, "Qranada" La Liqada geridə qalan 34 turdan sonra 25 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31