"Borussiya"nın futbolçusu Kevin Qrosskroyç əməliyyat olunub. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçinin sağalması üçün dörd həftə lazım olacaq. Bu isə o deməkdir ki, K.Qrosskroyç mövsümün qalan hissəsində oynamayacaq.
Qeyd edək ki, K.Qrosskroyç fevral ayında zədələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31