DİN: “Azərfon”da baş verən uçqun nəticəsində bir nəfər xəsarət alıb
1 May 2015 14:31 İdman"Azərfon" MMC-nin yeməkxanasının asma tavanın bir hissəsi uçub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən "Azərfon" MMC-nin yeməkxanasının asma tavanın bir hissəsi uçub. Nəticədə orada aşbaz işləyən Bakı şəhər sakini Saleh Çambaşırov xəsarət alıb. S.Çambaşırova xəstəxanada ilkin tibbi yardım göstərilib, daha sonra evə buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31