Qətər millisinin baş məşqçisi qovuldu

Qətər millisinin baş məşqçisi Camel Belmadi istefaya göndərilib. Qol.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Qətər yığmasının Asiya kubokunda uğursuz çıxış etməsi rəhbərliyi narazı salıb. Bu səbəbdən Qətər Futbol Federasiyasının rəhbərliyi Belmadi ilə yolları ayırmaq qərarına gəlib. Yeni baş məşqçinin "DÇ-2018"in seçmə mərhələsinin oyunarına qədər müəyyənləşəcəyi gözlənilir.

Qeyd edək ki, Qətər yığması bir ay sonra başlayacaq "DÇ-2018"in seçmə mərhələsində Çin, Butan, Maldiv adaları və Honkonq yığmaları iə eyni qrupda mübarizə aparacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31