Yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək

Sərbəst və yunan-Roma güləşi üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə 25 aprel - 8 may 2015-ci il tarixlər arasında AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31