FİFA təsdiqlədi- ““Xəzər Lənkəran”ın sabiq futbolçusu bizə şikayət edib”
30 Aprel 2015 13:43 İdmanBraziliyalı yarımmüdafiəçi Elias Ribeyronun "Xəzər Lənkəran"dan FİFA-ya şikayət etdiyini xəbər vermişdik. "Qafqazinfo"nun məktubuna cavabında ali futbol qurumu bunu təsdiqləyib. FİFA məsələnin hələ araşdırıldığını və yaxın aylarda yekun qərar veriləcəyini bildirib: "Hazırda məsələ araşdırılır. Həqiqətən Elias Ribeyro bizə "Xəzər Lənkəran"dan şikayət edib. O, Azərbaycan klubunun ona borcu olduğunu bildirib. Məsələ hələ araşdırılır və yaxın aylarda bununla bağlı qərar veriləcək". Ali futbol qurumu "Xəzər Lənkəran"ın İdman Arbitraj Məhkəməsinə (CAS) onlara qoyulan transfer qadağası ilə bağlı verdiyi şikayətdə hələ ki yenilik olmadığını da qeyd edib: "Xəzər" Lənkəran"ın CAS-a verdiyi şikayətlə bağlı hər hansı bir yenilik yoxdur. İdman Arbitraj Məhkəməsinə bununla bağlı bizə məktub göndərməyib. Yaxın günlərdə yəqin ki,qərar dəqiqləşəcək".