"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba karyerasını vətənində davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, fransalı futbolçu PSJ ilə ilkin razılığa gəlib. Bu barədə Fransa mətbuatı xəbər yayıb. Razılığa əsasən gənc futbolçu PSJ-də ilinə 10 milyon avro qazancaq. 2012-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a tarsnfer olunan Poqba ilə sabiq klubu da yaxından maraqlanırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31