Azərbaycanda 8 ədəd 30 min nəfərlik futbol stadionu inşa olunacaq
29 Aprel 2015 14:39 İdmanAzərbaycanda 8 ədəd 30 min nəfər tutumu olan futbol stadionu inşa olunacaq. "Olaylar"ın məlumatına görə, tikinti işləri paytaxt Bakı şəhəri ilə yanaşı regionlarda da həyata keçiriləcək. Yeni tikiləcək arenaların bəzilərinin tamaşaçı tutumunun 30-60 min arasında dəyişəcəyi də bildirilir. Bundan başqa Zaqatala, Lənkəran, Yevlax, Tovuz, Gəncə, Sumqayıt, İmişli, Qazax, Mingəçevir və digər şəhərlərdə olan futbol meydanları rekonstruksiya olunacaq. Belə ki, FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyasının standarlarına uyğun olaraq, üzərində əsaslı təmir işləri aparılacaq və tamaşaçı tutumu artırılacaq. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika, "Olimpia", "Şəfa", Lənkəran, Tovuz şəhər stadionları FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyasının beynəlxalq oyunların keçirilməsini nəzərdə tutan sertifikatı alıblar. ("OLAYLAR" İA)