I Avropa Oyunlarına gələnlər üçün gözəl məkan: şəhərin içində su şəhərciyi
29 Aprel 2015 12:46 İdmanArtıq bir neçə həftədir Azərbaycana turist axını artıb. Bu da təsadüfi deyil. Əgər hazırda Bakı qarşıdan gələn İlk Avropa Oyunları ilə ələqədar hər kəsi cəlb edirsə, digər tərəfdən yurdumuzun təkrarolunmaz gözəllikləri turistləri heyrətləndirir. I Avropa Oyunlarına gələcək turistlər üçün Venesiya şəhərciyi istirahət üçün gözəl məkanlardan biridir. Venesiya şəhərciyi paytaxt Bakının özəlliklərindən biridir. Venesiya bu gün Bakının içində hər kəsi heyrətləndirən gözəl bir su şəhərciyidir.
Qeyd edək ki, bu şəhərciyin salınmasına hələ 1960-ci illərdən başlanılıb. Trend oxucularına və şəhərimizin qonaqlarına Venesiya su şəhərciyindən cənnəti xatırladan fotolar təqdim edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31