Futbolçunun oyun zamanı ürəyi dayandı

Belçikanın yüksək liqa təmsilçiləri "Sportinq Lokeren" və "Genk"in ikinci komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə yaşanıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, matçın 25-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Qreqori Mertens qəfildən yerə yıxılıb. Ürəyinin dayandığı bildirilən futbolçuya həkimlər ilkin tibbi yardım göstəriblər. Daha sonra onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Mertensin durumunun ciddi olduğu və süni komada saxlanıldığı bildirilir. Belçika millisinin futbolçuları Tibo Kurtua və Romelu Lukaku "tvitter" sosial şəbəkəsindəki səhifələrində "mübarizəyə davam et Qreqori" mesajını yazmaqla futbolçuya dəstək olublar.

Qeyd edək ki, Belçikanın U-21 millisində çıxış edən Mertens cari mövsüm "Sportinq Lokeren"in heyətində 18 oyun keçirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31