Sensasion iddia: "Real" Beyli Hazarda dəyişmək istəyir
28 Aprel 2015 19:28 İdman"Real" bu mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilən "Çelsi"nin futbolçusu Eden Hazardı transfer etmək istəyir. Qol.Az-ın məlumatına görə, bu sensasiyalə xəbərə İngiltərənin "The Sun" qəzeti yazıb. Qəzet iddia edib ki, belçikalı yarımmüdafiəçi London klubu ilə yeni müqavilə imzalamasına baxmayaraq ,"Real" 24 yaşlı oyunçunu transfer etməkdə israrlıdır. Bu transfer üçün Madrid təmsilçisinin futbolçusu Qaret Beyli Eden Hazardla dəyişdirməyi təklif edəcəyi də bildirilib.
Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Real"ın Hazardı transfer edə biləcəyinə inanmadığını bildirib. Hazardın bir ayağının 140 milyon avro olduğunu vurğulayan portuqaliyalı mütəxəssis "Real"ın bu transfer üçün birinci onunla əlaqə saxlamalı olduğunu söyləyib.