"Fənərbaxça"dan xüsusi avtobus
28 Aprel 2015 19:23 İdman"Fənərbaxça" klubu xüsusi avtobus sifariş verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, yeni avtobusun pəncərə və bir çox digər hissələri zirehli olacaq. Nəticədə avtobusa atılan yad cisimlər salonda olanlara heç bir xəsarət yetirməyəcək. Bundan başqa avtobusun həm salonunda, həm də xaricində quraşdırılan kameraların sayı artırılacaq.
Qeyd edək ki, aprelin 4-ü Türkiyə superliqasında "Rizespor"a qarşı matçdan sonra "Fənərbaxça"nın üzlərini daşıyan avtosun silahlı basqına məruz qalıb. Nəticədə avtobusun sürücüsü yaralanıb, futbolçular isə xəsarət almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31