"Barselona" Alveşlə razılığa gəldi
28 Aprel 2015 19:19 İdman"Barselona" futbolçusu Dani Alveşlə müqaviləni uzatmaq barədə razılığa gəlib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi Kataloniya klubunun yeni təklifini qəbul edib. "Barsa"nın bu mövsümün sonu D.Alveşlə yeni müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, D.Alveşin Kataloniya klubu ilə sözləşməsi mövsümün sonu başa çatır. Onunla PSJ-nin maraqlandığı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31